22 oktyabr 2015 20:00
Kamran Ağayevin kubokda növbəti rəqibi müəyyənləşdi
Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Karşıyaka"nın da növbəti rəqibi müəyyənləşib.
Belə ki, İzmir klubu növbəti mərhələdə "Tekirdağspor"la qarşılaşacaq. Matç İzmirdəki "Atatürk stadionu"nda, 1-3 dekabr aralığında keçiriləcək.
Qeyd edək ki, "Karşıyaka" kubokda mübarizəyə ikinci mərhələdən başlamışdı və ilk cəhdində "Kurtalanspor"a 3:0 hesabıyla qalib gəlmişdi.
