Artim Şakiri: Qarabağın gözəl heyəti var, onlar Monakoda nəticə qazana bilər
"Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Monako" ilə səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyuna baxacağam, "Qarabağ"a azarkeşlik edəcəyəm. Əlbəttə, "Monako" kimi rəqibə qarşı oynamaq çox çətindir. Amma mümkünsüz heç nə yoxdur. Rəqibin heyətində "ulduz" futbolçular var. Lakin "Qarabağ"ın da Monakoda nəticə qazana biləcək yaxşı heyəti var. Buna çox ümid edirəm. Ötən tur "Anderlext" üzərindəki qələbə də "Qarabağ"ın qrupdan çıxmaq şanslarını çox yaxşılaşdırıb. Hazırda Ağdam klubunun qrupdan çıxmaq şansları elə adlı-sanlı rəqibləri ilə bərabərdir. Komandanın belə rəqiblərə qarşı çox layiqli oyun sərgiləməsi sevindirməyə bilməz".
