22 oktyabr 2015 18:40

Zaur Həşimov: Qarabağın bu qrupdan çıxacağına inanmağım gəlmir

"Qarabağ"ın sabiq futbolçusu Zaur Həşimov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Monako"ya qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Monako"nun oyunlarını izləməmişəm. Amma istənilən halda güclü klub olduğu bəllidir. Fransa çempionatında çıxış etməsi rəqibin səviyyəsindən xəbər verir. "Qarabağ"ın heyətində ciddi itki olduğunu nəzərə alsaq, çətin oyun olacaq. Fikrimcə, bizim üçün heç-heçə də uğurlu nəticə sayıla bilər. "Monako"nun Fransa çempionatının son turlarında qələbə qazana bilməməsi "Qarabağ" üçün üstünlük sayıla bilməz. Əksinə, ola bilsin ki, onlar bütün güclərini Avroliqaya qoyublar. Bu üzdən "Qarabağ"a da qarşı tam gücləri ilə mübarizə aparacaqlar. Reynaldonun yoxluğuna gəlincə, bu, komandanın oyununa təsirini göstərəcək. Ən azından sürətli keçidləri ağdamlılara çox kömək edərdi. Onun bu görüşdə oynamasını çox istəyərdim. Amma futbol belədir. Zədədən heç kim sığortalanmayıb. Məşqçilər korpusu belə halla ilk dəfə rastlaşmır. Ümid edirəm ki, onun yoxluğunda meydana döyüşkən heyət çıxarmaqda problemlə üzləşməyəcəklər. Samuel Armenteros yaxşı formadadır. "Anderlext"lə görüşdə də yaxşı oynamışdı. Premyer Liqada 4 qol vurub. Amma Reynaldonun öz yeri var, onun da öz yeri. Reynaldo istənilən mövqedə çıxış edə bilər: hücumda, yarımmüdafiədə. Fikrimcə, onların eyni vaxtda meydanda olması komandamıza daha çox fayda verərdi. "Monako" ilə oyunlarda mütləq xallar qazanmaq lazımdır. Yalnız belə olan halda qrupdan çıxmaq şansımız ola bilər. Hər şeyin yaxşı olacağına ümidliyəm. Amma düzünü desəm, "Qarabağ"ın bu qrupdan çıxacağına inanmağım gəlmir. Əlbəttə, bu, futboldur, hər şey ola bilər. "Qarabağ"ı çətin  oyunlar gözləyir. Çünki "Monako" qarşıdakı iki oyunda ancaq qələbəyə oynayacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.