22 oktyabr 2015 17:00
Robert Prosineçki köməkçisini Monakoya göndərdi
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransa "Monako"sunun qonağı olacaq "Qarabağ"ın oyununa öz köməkçisini göndərib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu qarşılaşmanı izləməyi Mahmud Qurbanova həvalə edib.
Qeyd edək ki, bu gün Monakodakı "Lui II" stadionunda keçiriləcək oyun saat 22:00-da start götürəcək.
