22 oktyabr 2015 16:40
Dennis Prat: Azərbaycandakı məğlubiyyəti unutmaq istəyirəm
Belçikanın "Anderlext" klubunun yarımmüdafiəçisi Dennis Prat Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı Bakıda keçirdikləri oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşmələrini xatırlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Qarabağ"la oyuna qələbə üçün getmişdik. Amma sonda özümüzü çətin vəziyyətə saldıq. Azərbaycandakı məğlubiyyəti tez bir zamanda unutmaq istəyirəm. Biz orada vacib xallar itirdik. Halbuki, bu, bizim üçün çox vacib idi".
