22 oktyabr 2015 16:00
Mahmud Qurbanov: Samuel Armenteros Reynaldonu əvəzləyə bilər
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransa "Monako"suna qarşı keçirəcəyi oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada yaxşı əhval-ruhiyyə, döyüşkən ruh var. Klubumuz üçün çətin oyun olacaq. Samuel Armenteros zədəli Reynaldonu əvəzləyə bilər. Premyer Liqanın son turundakı çıxışı ilə göstərdi ki, qol vurmağı bacarır. Monakoda qazanılacaq bir xal da müsbət nəticə sayıla bilər".
