22 oktyabr 2015 15:20
Qəbələ - Borussiya matçına 1000 bilet qalıb
Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bu gün keçiriləcək "Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya) matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, klub bu görüş üçün 8000 bilet satışa çıxarıbmış.
Artıq həmin biletlərin 7 mini satılıb. Yerdə cəmi 1000 bilet qalıb. Amma oyun saatına qədər onların da satılması gözlənilir.
Qalan yerlər VİP qonaqlar və jurnalistlər üçün ayrılıb. Daha bir sektoru isə qonaq komandanın 600-ə yaxın azarkeşi tutacaq.
Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı bu gün "Bakcell Arena"da keçiriləcək.
