22 oktyabr 2015 13:15
Rauf Əliyev əməliyyat olundu
Azərbaycan milli komandasının və “İnter” klubunun üzvü Rauf Əliyevin zədəsinin müalicəsi üçün AFFA tərəfindən Almaniyaya göndərilməsi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, futbolçu artıq Plattlinq şəhərində cərrahiyə əməliyyatı olunub və əməliyyat uğurla nəticələnib.
