22 oktyabr 2015 12:15
Vaqif Sadıqov: Qarşıdakı iki tur Qarabağla Qəbələnin qrupdan çıxmaq şanslarına aydınlıq gətirəcək
AFFA-nın Məşqçilər Şurasının sədri Vaqif Sadıqov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransanın "Monako" və Almaniyanın "Borussiya" (Dortmund) klublarına qarşı oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıdakı iki tur klublarımızın qrupdan çıxmaq şanslarına böyük ölçüdə aydınlıq gətirəcək. Bu baxımdan qarşıdakı oyunlar təmsilçilərimiz üçün çox vacibdir. Bu oyunlarda mütləq nəticə qazanmaq lazımdır. Rəqiblərin statuslarına baxmayaraq, qrupdan çıxmaq üçün müsbət nəticə qazanmağa borcluyuq. Komandalarımızda potensial var. Önümüzə baxmalı və irəli getməliyik. Yalnız bu psixologiya ilə uğur qazanmaq olar".
