22 oktyabr 2015 11:45
Bədavi Hüseynov: Monako ilə maksimum diqqətli oynamalıyıq
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Monako"suna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Avropa nəhənglərindən birinə qarşı mübarizə aparacağıq. "Monako"nun əksər futbolçusu "ulduz"dur. Ona görə də maksimum diqqətli olmalıyıq. Bizi nə qədər çətin sınaq gözləsə də, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Premyer Liqada "Zirə" üzərində qazandığımız qələbə də bizə əlavə motivasiya qazandırıb".
