22 oktyabr 2015 21:53

Qəbələ Borussiyaya evdə məğlub oldu

Bu gün Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də qrupdakı növbəti oyununa çıxıb.

Bölgə təmsilçisi doğma meydanda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə qarşılaşıb. Roman Qriqorçukun komandası qrupdan çıxmaq şanslarını yaxşılaşdırmaq üçün Avropa nəhəngi ilə qarşılaşmada sensasion nəticəyə imza atmağa borcluydu. Amma təəssüf ki, "Qəbələ" bu çətin vəzifənin öhdəsindən gələ bilməyib və meydanı böyük hesablı məğlubiyyətlə tərk edib.

Bu gün "Qəbələ"nin yer aldığı qrupun digər oyununda "Krasnodar" (Rusiya) səfərdə PAOK-un (Yunanıstan) qonağı olacaq.

UEFA Avropa Liqası
C qrupu
3-cü tur

22 oktyabr

“Qəbələ” - "Borussiya" - 1:3 (0:2)
Qollar: P.Obameyanq, 31 (0:1). P.Obameyanq, 38 (0:2). P.Obameyanq, 72 (0:3). Dodo, 90+3 (1:3).
Sarı vərəqə: S.Papastatopulos, 47. V.Stankoviç, 69. S.Bender, 83. S.Zərgərov, 86.
Baş hakim: İvan Bebek (Xorvatiya).
Bakı. "Bakcell Arena".

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 14. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 10. Dodo (k), 19. Aleksey Qay, 88. Derlis Meza Kolli (6. Rəşad Sadiqov, 83), 9. Sergey Zenyov (7. Ermin Zets, 79), 32. Fakundo Pereyra (66. Samir Zərgərov, 60), 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov.
Baş məşqçi: Roman Qriqorçuk.
"Borussiya": 1. Roman Vaydenfeller, 3. Park Joo Ho (29. Marsel Şmeltser, 69), 15. Mats Hummels (k) (26. Lukaş Pişçek, 63), 25. Sokratis Papastatopulos, 28. Mattias Ginter, 33. Yulian Vayql, 7. Yonas Hofmann, 8. İlkay Gündoğan (6. Sven Bender, 63), 11. Marko Roys, 23. Şinji Kaqava, 17. Pyer-Emerik Obameyanq.
Ehtiyat oyunçular: 38. Roman Bürki, 9. Adnan Yanuzay, 27. Qonsalo Kastro, 20. Adrian Ramos.
Baş məşqçi: Tomas Tuxel.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.