22 oktyabr 2015 23:53

Qarabağ Monakodan məğlub qayıdır

Bu gün Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" da qrupdakı növbəti oyununa çıxıb.

Ağdam klubu səfərdə Fransanın "Monako" klubunun qonağı olub. Təmsilçimiz qrupdan çıxmaq şanslarını yaxşılaşdırmaq üçün bu çətin səfərdən ən azı bir xalla qayıtmağa borclu idi. Amma təəssüf ki, Qurban Qurbanovun çalışdırdığı komanda bu görüşdə minimal hesablı məğlubiyyətlə üzləşib.

Bu gün "Qarabağ"ın yer aldığı qrupun digər oyununda Belçika "Anderlext"i doğma meydanda İngiltərə "Tottenhem"i ilə münasibətlərinə aydınlıq gətirib. Həmin görüşdə belçikalılar 2:1 hesabıyla qalib gəliblər.

UEFA Avropa Liqası
J qrupu
3-cü tur

22 oktyabr

"Monako" - "Qarabağ" - 1:0 (0:0)
Qol: L.Traorer, 70 (1:0).
Sarı vərəqə: Uallas, 40. R.Karvalyo, 53. A.Aqolli, 76.
Baş hakim: Yakob Kehlet (Danimarka).
Monako. "Lui II" stadionu.

"Monako": 1. Daniyel Subaşiç, 2. Fabinyo, 6. Rikardo Karvalyo, 13. Uallas, 24. Andrea Racci, 8. Joao Moutinyo, 10. Bernardo Silva (20. Mario Paşaliç, 57), 27. Tomas Lemar (7. Nabil Dirar, 79), 28. Jeremi Tulalan (k), 19. Lasina Traore (11. Quido Karrilyo, 90+1), 22. Stefan Əl Şaaravi.
Ehtiyat oyunçular: Pol Nardi, 21. Elderson, 47. Kevin N`Doram, 17. İvan Kavaleyro.
Baş məşqçi: Leonardo Jardim.
"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana (70. Çumbinyo, 59), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (29. Raydell Pupon, 71), 67. Əlhərbi Əl-Jadeyui (11. Elvin Məmmədov, 77), 90. Samuel Armenteros.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Mişel.
Baş məşqçi: Qurban Qurbanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.