22 oktyabr 2015 00:05
Leoanrdo Jardim: Qələbə bizə də, Qarabağa da çox lazımdır
Fransanın "Monako" klubunun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ"ın oyununu analiz etmişik. Layiqli rəqibdir. Bilirəm ki, bizi asan oyun gözləmir. Hər iki komandaya qələbə çox lazımdır".
