21 oktyabr 2015 22:00

Tomas Tuxel: Qəbələ Krasnodara qalib gələ bilərdi

Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuxel Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- "Qəbələ"nin futbolçuları barədə ayrı-ayrılıqda danışmaq düzgün olmazdı. Rəqib çox güclü komandadır. Onların "Krasnodar"la oyununa baxmışam, yaxşı çıxış ediblər. Qələbə də qazana bilərdilər. "Qəbələ"ni məğlub etmək çətin olacaq. Amma bunun üçün əlimizdən gələni edəcəyik.

- Marsel Şmeltser meydana çıxa biləcək?
- O, oynamaq istəyir. Amma bizim başqa alternativlərimiz də var.

- Oyun öncəsi həyəcan var?
- Bəli, var. Belə gərginlik həmişə olur. Rəqibimizə hörmətlə yanaşırıq. Amma öz gücümüzə də inanırıq. Bizim gücümüz var. 4-4-2 taktikası ilə oynamağı planlaşdırırıq. Qələbə qazanmaq çətin olacaq. Lakin "Qəbələ"yə qarşı ən yaxşı oyunumuzu sərgiləmək istəyirik.

- Henrix Mxitaryanın yoxluğu oyununuza təsir göstərəcək?
- O, siyasi amillər səbəbindən gələ bilmədi. Biz vacib oyunçumuzu itirdik. Amma bizim onu əvəzləyə biləcək futbolçularımız da var.

- Roys əvvəlki formasını bərpa edib?
- O, "Maynts"la son oyumumuzda penaltini dəqiq yerinə yetirə bilməsə də, qol vura bildi. Roys əvvəlki formasını bərpa edir. Son məşqlərdə çox fəaldır. "Qəbələ" ilə oyunda da meydanda olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.