21 oktyabr 2015 21:30
Yonas Hofmann: Qəbələyə qarşı aqressiv oynamağa çalışacağıq
Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Yonas Hofmann Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
"Təəssüf ki, Henrix Mxitaryan Dortmundda qaldı. Bu qərar klub tərəfindən qəbul olunub. "Qəbələ"nin oyununu oyununu analiz etmişik. Bilirik ki, Premyer Liqada yaxşı çıxış edirlər. Onlara qarşı aqressiv oynamağa çalışacağıq. "Qəbələ"nin futbolçularına standart vəziyyətlərdən yararlanmağa imkan verməməliyik. Onlar bu komponentdə yaxşıdırlar. Komandamızın qələbə qazanması üçün əlimdən gələni edəcəyəm".
