21 oktyabr 2015 20:20
Qriqorçuk: Mxitaryan yaxşı futbolçudur və Bakıya gəlsəydi...
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçiriləcək oyun öncəsi rəqib komandanın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gətirilməməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mxitaryanı yaxşı tanıyıram və onun haradan olmasını da düşünmürəm. O, yaxşı futbolçudur. Biz qarşıdakı matça hazırlaşanda bu futbolçunun pasportu barədə düşünmürdük. Mxitaryan Bakıya gəlsəydi, biz onun meydanda olmasını nəzərə alıb, fərqli oyun sxemi qurardıq. Futbolu siyasiləşdirməyə ehtiyac yoxdur".
Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı oktyabrın 22-də "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.
