21 oktyabr 2015 19:40

Qriqorçuk: Borussiyaya qarşı necə oynayacağımızı görmək mənə də çox maraqlıdır

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçiriləcək oyun öncəsi bu gün mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir.

- Sabah neçə futbolçunuz meydanda ölüm-dirim savaşına hazırdır?
- Mən bütün futbolçularımıza inanıram. Onların hamısı sabah meydanda son gücünə qədər mübarizə aparmağa hazırdır.

- "Borussiya"ya qarşı hücum futbolu sərgiləyəcəksiniz, ya əks-hücumlara belə bağlayacaqsınız?
- Sabah görəcəyik. "Borussiya" kimi rəqiblərə qarşı ehtiyatlı oynamaq lazımdır. Hücum etmək istəyirik. Başa düşürük ki, bu, bizim üçün bir şansdır. Belə nəhəng komandalarla görüşlərdə ancaq müdafiədə oturmaq da olmaz. Sabah bu rəqibə qarşı necə oynayacağımızı görmək özümə də maraqlıdır. Müdafiə futbolu oynamaq bizim variant deyil. Uğur qazanmaq istəyiriksə, daha çox hücum etməliyik.

- Bu görüş öncəsi sizi ən çox nə narahat edir?
- Hər şey normaldır. Ona görə də heç bir həyəcan və narahatlıq yoxdur. Biz düzgün yoldayıq, yaxşı hazırlaşmışıq. Futbolçularımızın hamısı uğur qazanacağımıza inanır. Psixoloji cəhətdən oyuna hazırdırlar. Rəqib güclü olsa da, biz öz futbolumuzu oynamaq istəyirik.

- Premyer Liqada müdafiədən qurulan hücumları qolla tamamlaya bilirsiniz, amma avrokuboklarda yox...
- Avroliqadakı rəqiblərimiz güclüdür. Onlar da bizi yaxşı analiz edirlər. Bizə qarşı güclü futbolçular çıxış edirlər. Bizim üçün də onlara qarşı oynamaq çətin olur.

- Oyunları həmişə ayaq üstə izləyirsiniz. Sabah necə olacaq?
- Oyunlara ona görə ayaqüstə baxıram ki, komandamın 3:0 hesabıyla qalib gəlməsini görə bilim (gülür). Amma sabah çətin olacağını bilirəm. Necə olacağını bilmirəm. Amma oyunçularıma göstərişlərimi verəcəyəm. Aydın məsələdir ki, oyuna sakit baxmağım mümkün deyil.

- "Qəbələ" sabah qrup ikincisi ola bilər və bunun üçün ciddi azarkeş dəstəyi də olacaq. "Borussiya"nın oyununu isə 600 azarkeş izləyəcək. Qonaq fanatların səsini necə "kəsməyi" düşünürsünüz?
- Biz azarkeşlərimiz üçün oynayırıq. Ona görə də hər kəsi oyunumuza çağırıram. Öncədən dəstək verəcək hər kəsə təşəkkürümü bildirirəm. "Bakcell Arena"da həmişə yaxşı dəstək görmüşük.

- Rəqibin "Borussiya" olması sizin üçün problem deyil?
- Xeyr, heç bir problem yoxdur. Əksinə, Tanrıya minnətdaram ki, belə bir brend kluba qarşı oynamaq imkanı qazanmışıq. Bu günə qədər çəkdiyimiz əziyyət də məhz buraya qədər irəliləmək, belə rəqiblərlə qarşılaşmaq üçün idi. Bu, mənim üçün fəxrdir. Mənim də öz maraqlarım var. Məsələn, komandamın "Borussiya"ya qarşı necə oynayacağını görmək çox maraqlıdır. Rəqibimiz elə komandadır ki, oyunlarını analiz etmək çətin deyil. Onların necə çıxış etdiyini bilirəm.

- Almaniya klubu ilə qarşıdakı iki oyunda neçə xal toplamağı istəyirsiniz?
- 6 xal toplaya bilərik. PAOK - "Krasnodar". İndiki məqamda mən onların oyununu düşünmürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.