21 oktyabr 2015 19:20
Aleksey Qay: Əsas sabah meydanda nümayiş etdirəcəyimiz oyundur
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Biz hər komanda ilə oyuna ciddi hazırlaşırıq. "Borussiya" ilə qarşılaşmaya da yaxşı hazırlaşmışıq. Rəqibin oyununu analiz etmişik. Amma əsas sabah meydanda nümayiş etdirəcəyimiz oyundur".
