21 oktyabr 2015 19:00
Roman Qriqorçuk: Bizim Borussiyaya qalib gəlmək şansımız var
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Sabah komandamızın hansı start heyətlə meydana çıxacağını dəqiqləşdirməmişəm. Ona görə də ad çəkə bilmərəm. Heyəti sabah müəyyənləşdirəcəyəm. "Qəbələ"nin qələbəsinə aşağı əmsal qoyulmasından xəbərim var. Amma bununla razı deyiləm. Bizim qələbə qazanmaq şansımız var. Bu şansdan yararlanmaq üçün sonadək mübarizə aparacağıq".
