21 oktyabr 2015 18:20
Dani Kintana Monakoya qarşı oynaya bilər
Azərbaycan çempionu "Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransanın "Monako" klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu gün matçın keçiriləcəyi "Lui II" stadionunda son məşqə çıxacaq.
Vacib oyun öncəsi komandanın zədəlilərindən xoş xəbər var. Belə ki, Maksim Medvedev artıq komanda ilə məşqlərə başlayıb. Dani Kintana ilə İlqar Qurbanov da bu gün baş tutacaq son məşqdə iştirak edəcək. Hər üç futbolçunun "Monako" ilə matça qədər hazır vəziyyətə gətirilməsi gözlənilir.
