21 oktyabr 2015 18:00
Borussiya Bakıya gəldi
Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qəbələ"nin qonağı olacaq Almaniyanın "Borussiya" (Dortmund) klubu bu gün Bakıya gəlib. Azerisport.az xəbər verir ki, qonaq komandanın geniş nümayəndə heyətini ölkəmizə gətirən təyyarə saat 17:00-da Heydər Əliyev adına Bakı Hava Limanına eniş edib.
Saat 21:00-da "Borussiya"nın baş məşqçisi Tomas Tuxelin "Bakcell Arena"da mətbuat konfransı təşkil olunacaq. Yarım saat sonra isə dortmundlular matçın keçiriləcəyi bu arenada son məşqə çıxacaqlar.
Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı sabah keçiriləcək və saat 20:00-da start götürəcək.
