21 oktyabr 2015 17:20
Roman Vaydenfeller: Henrix Mxitaryanın Dortmundda qalması doğru qərar idi
Almaniyanın "Borussiya" klubunun qapıçısı Roman Vaydenfeller Avropa Liqsının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri səfər oyunundan danışıb, eləcə də Ermənistandan olan komanda yoldaşı Henrix Mxitaryanın Azərbaycana gətirilməməsinə də münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mxitaryanın Dortmundda qalması doğru qərar idi. Bunu təhlükəsizlik şərtləri də tələb edirdi. Belə daha yaxşıdır".
