Əsgər Abdullayev: Qəbələ ilə Qarabağın heç-heçə etməsi də yaxşı nəticə olacaq
"Neftçi"nin Müşahidə Şurasının üzvü Əsgər Abdullayev Azərbaycanın Avropa Liqasının qrup mərhələsindəki təmsilçiləri - "Qarabağ"la "Qəbələ"nin müvafiq olaraq Fransanın "Monako" və Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təmsilçilərimizi çətin oyunlar gözləyir. "Borussiya" və "Monako" Avropanın böyük klublarından hesab olunur. Buna baxmayaraq, hər iki klubumuzdan uğurlu nəticə gözləyirəm. Bu oyunlarda ən azından uduzmamaqlarını çox istərdim. Belə olan halda təbii ki, həm qrupdakı mövqeləri yaxşılaşmış olar, həm də ölkəmizin UEFA reytinqindəki xal ehtiyatını zənginləşdirə bilərlər. Bu iki komanda ilə heç-heçələr çox yaxşı nəticə sayılacaq. Amma daha artığına ümid edəcəyik, daha yaxşı nəticə gözləyəcəyik".
