21 oktyabr 2015 16:15

Əsgər Abdullayev: Neftçidə oyun varsa, nəticə də olacaq

"Neftçi"nin Müşahidə Şurasının yeni üzvü Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi

- Siz "Neftçi"yə komandanın heç də yaxşı günlərini yaşamadığı dövrdə gəldiniz. Belə bir vəziyyətdə işləmək necədir?
- Asan olmayacaq. Mənə bunu təklif etdilər. Mənə bəslənilən ümidləri doğrultmaq istəyirəm. Komandaya bu vəziyyətdən çıxmağa kömək etməyə çalışacağam.

- "Neftçi" turnir cədvəlində altıncı pillədədir, mətbuat tərəfindən çox tənqid olunur. Baş məşqçi Samir Əliyev də bir müddət öncə getmək istədi, istefası qəbul olunmadı. Bir sözlə, işlər çox pis gedir...
- Mən bunun müvəqqəti olduğuna inanıram. Problemlər var, amma onlar həll olunası məsələlərdir. Rəhbərlik Samir Əliyevi dəstəkləyir. Qısa zamanda komanda bu vəziyyətdən çıxarmağa çalışacağıq.

- Sizin baş məşqçi kimi böyük təcrübəniz var. Sizə elə gəlmir ki, Əliyevdə artıq əvvəlki həvəs qalmayıb? Belə bir vəziyyətdə ondan nə gözləmək olar?
- Mən belə hesab etmirəm. O, harada çalışdığını yaxşı bilir. Onun komandadan getmək istəməsi həvəssizlikdən irəli gəlmirdi. Sadəcə, komandanın uğursuz nəticələr qazanması ona xoş deyildi. Onunla söhbət etdik və başa saldıq ki, istefa indiki vəziyyətdə çıxış yolu deyil. Samir uzun müddət mənim rəhbərliyim altında oynayıb. O, bacarıqlı insandır və düşünürəm ki, komandaya verəcəyi çox şey var.

- Müşahidə Şurasının yeganə məşqçi üzvü kimi vəziyyətdən çıxış yolu tapmaq üçün nə kimi təklifləriniz var?
- Mən ilk növbədə tez-tez baş məşqçi dəyişikliyinin tərəfdarı deyiləm. Məşqçiyə vaxt lazımdır. İndiki məşqçilər korpusunun uğur qazanacağına inanıram. Gəncdirlər, onlara şans vermək lazımdır. Aydın məsələdir ki, "Neftçi"dən hər kəs uğur gözləyir. Bunun üçün də azacıq səbrli olmaq lazımdır.

- "Neftçi" indi ikinci-üçüncü yeri də tutsa, bu uğur sayıla bilər...
- Komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulub. "Neftçi" beynəlxalq arenadan kənarda qalmamalıdır.

- Siz baş məşqçi karyeranızı başa vurmamısınız. Tez-tez "Neftçi"nin sükanı arxasına keçəcəyiniz barədə xəbərlərin yayılacağını yəqin ki, özünüz də bilirsiniz. Buna hazırsınız?
- Mətbuat istədiyini yaza bilər. Tələsməyəcəyik. Bizim indi əsas hədəfimiz komandanı bu çətin vəziyyətdən çıxarmaqdan ibarətdir. "Neftçi"nin əksər oyunlarına baxmışam. Çıxardığımı nəticə ondan ibarətdir ki, problem sərgilənən oyunda yox, nəticələrdədir. "Neftçi"də oyun var. Bu, çox vacibdir. Oyun varsa, deməli, nəticə də olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.