21 oktyabr 2015 16:30
Borussiyanın futbolçusu: Mxitaryanın Bakıya aparılmaması problem deyil
Almaniyanın "Borussiya" klubunun yarımmüdafiəçisi Yulian Vayql Avropa Liqsının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri səfər oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ" ilə bağlı hələ elə də ətraflı məlumatımız yoxdur. Amma onların Bakıdakı oyunlarının videoyazısını görmüşəm".
Vayql həmçinin Ermənistandan olan komanda yoldaşı Henrix Mxitaryanın Azərbaycana gətirilməməsinə də münasibət bildirib: "Bunda ciddi heç nə yoxdur. Bu, problem deyil. Bizim kifayət qədər yaxşı futbolçumuz var ki, onu layiqincə əvəz edə bilər".
