21 oktyabr 2015 16:00

Xəzər Lənkəranda 75-ci dubl

Məlum olduğu kimi, ötən bazar AZAL-ı 3:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”ın qollarından ikisinə Kamran Abdullazadə, digərinə Sadio Tounkara imza atıb. Azerisport.az xəbər verir ki, bu futbolçulardan biri klub tarixində rəqib qapılarına yol tapanlar siyahısına düşübsə, digəri o siyahıdakı mövqeyini yaxşılaşdırıb.

İki dəfə fərqlənən Abdullazadə “Xəzər Lənkəran”da qol hesabını açıb. Bu matçadək 23-ü çempionatda olmaqla, 27 matçda rəqib qapısına yol tapa bilməyən yarımmüdafiəçi AZAL-la qarşılaşmada dubl müəllifi olub. O, komandasının tarixinə qol sevinci yaşayan 99-cu oyunçu kimi düşüb. Belə ki, 2004-cü ildə yaradılan klubun buna qədərki rəsmi matçlarında 98 futbolçu rəqib qapısına qol vurmuşdu.

Mövsümdə ilk dəfə fərqlənən Tounkara isə “Xəzər Lənkəran”da 18-ci qolunu qeyd edib. Malili yarımmüdafiəçi klub tarixinin ən məhsuldar oyunçuları arasında 6-cı yerə şərik olub. Sadio qol sayında eyni göstəriciyə malik Rəşad Abdullayev, Vüqar Nadirov və Oqtay Dərəlioğluna çatıb. Hazırda Tounkara yalnız 5 futbolçudan - Zaur Ramazanov (44), Samir Əliyev (34), Rahid Əmirquliyev (32), Mario Souza (26) və İvan Svetkovdan (24) geri qalır.

Abdullazadə “Xəzər Lənkəran”ın tarixinə həm də dubl müəllifi olan 40-cı futbolçu kimi düşüb. Onun 2 qola imza atması ilə komandasının ümumilikdə 75-ci dublu rəsmiləşib. Bu matçadək cənublu futbolçular 74 dəfə bir oyunda 2 qol vurmuşdu. Zaur Ramazanov hamıdan çox – 8, Vüqar Nadirov 5, Samir Əliyevlə Etame Mbilla hərəyə 4 qarşılaşmada dubla imza atıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.