21 oktyabr 2015 14:45
Borussiya Azərbaycana böyük nümayəndə heyəti ilə gəlir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq Almaniyanın "Borussiya" (Dortmund) klubunun bu gün saat 17:00-da Bakıya çatması gözlənilir. Azerisport.az xəbər verir ki, rəqib komanda ölkəmizə böyük nümayəndə heyəti ilə təşrif buyurur.
Belə ki, "Qəbələ" qonaqlar üçün "Bakcell Arena"da 150 VİP yer ayırıb. Komanda ilə birgə Bakıya 17 alman jurnalist də təşrif buyurur.
"Qəbələ" qonaq komandanın azarkeşləri üçün isə 570 yer ayırıb. Həmin biletlərin hamısının "Borussiya" azarkeşlərinə paylanması gözlənilir.
Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı sabah "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.
