21 oktyabr 2015 13:30
Vəli Qasımov Rinat Dasayev ilə görüşündən danışdı
"Neftçi"nin idman direktoru Vəli Qasımov əfsanəvi qapıçı Rinat Dasayevin Bakıya səfəri və onunla görüşündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rinat Dasayevlə uzun müddətdir ki, dostuq. Onunla görüşdük. Dasayev UEFA Gənclər Liqası çərçivəsində "Rəvan"la Moskva "Spartak"ı arasında keçiriləcək oyunla əlaqədar ölkəmiz gəlib. O, hazırda paytaxt klubunda qapıçılarla işləyən məşqçi kimi çalışır. Xoş görüş idi. Çünki çoxdan idi görüşmürdük. Səhv etmirəmsə, sonuncu dəfə iki il öncə Moskvada görüşmüşdük. Ona Bakını göstərdim. Hər şey xoşuna gəldi. İşlərimizi müzakirə etdik, keçmiş günləri yada saldıq".
