21 oktyabr 2015 13:00

Rinat Dasayev: Neftçi indi Rusiya çempionatında avrokuboklara vəsiqə uğrunda mübarizə aparardı

Rusiyanın "Spartak" (Moskva) klubunun qapıçılarla işləyən məşqçisi Rinat Dasayev UEFA Gənclər Liqası çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyunla əlaqədar Bakıya gəlib. Azerisport.az xəbər verir ki, o, bu səfərlə bağlı paytaxt təmsilçisinin rəsmi saytına müsahibə verib.

- Bu, Bakıya neçənci səfərinizdir?
- Dəqiq xatırlamıram. SSRİ çempionatı zamanı "Neftçi" ilə oynamaq üçün dəfələrlə bu şəhərə səfərə gedirdik. Burada çoxlu dostum var. Onların dediyinə görə, Bakı indi daha da gözəlləşib. Bu şəhərin indi daha çox futbol komandası var.

- Neçə il idi Bakıda olmurdunuz?
- Sovet dövründən bəri olmamışdım. Bakı həmişə qonaqpərvər şəhər olub. Amma "Spartak" üçün buradakı oyunlar çox çətin keçirdi. Çünki "Neftçi" çox yaxşı komanda idi. Görün bu klubda necə futbolçular çıxış edirdi - Ponomaryov, Cavadov, Əhmədov, qapıçı Kramarenko... Heç-heçə təsadüfi hallarda qeydə alınırdı, ya biz udurduq, ya da onlar.

- Ponomaryov - Cavadov - Əhmədov hücum üçlüyündən sizi ən çox hansı çətinə salırdı?
- Onların hamısı texnikalı futbolçu idi. Ponomaryov hücumçuların arxasında oynayırdı, gözəl ötürmələr edirdi. Cavadovla Əhmədov isə sürətli idilər. Zərbələri də çox dəqiq idi.

- "Neftçi" indiki Rusiya çempionatından neçənci yeri tutardı?
- Turnir cədvəlinin ortalarında dəqiq olmazdı. Mümkündür ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparardı. "Neftçi"nin səviyyəli futbolçuları çox idi. Ümumiyyətlə, SSRİ çempionatında zəif komanda olmurdu.

- Bakıdakı oyunlardan hansı sizin üçün daha yaddaqalan olub?
- İli dəqiq xatırlamasam da, hesab yadımdadır - 2:1 qalib gəlmişdik. Həm mənə, həm də komandama yaxşı oynamaq nəsib oldu. Həmin matçda az qala Ponomaryovun penalti zərbəsini də dəf edəcəkdim. Amma topa toxunsam da, o, tora daxil oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.