21 oktyabr 2015 12:45
Elşən Abdullayev: Millimiz Avstriya ilə oynayanda mən Türkiyədə idim
Azərbaycanın U-21 yığmasının və "Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev zədə səbəbindən AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Avstriya (0:7) və Finlandiya (0:1) ilə oyunlarda iştirak edə bilməməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"U-21 yığmamız Avstriyada olandamən Türkiyədə idim. Oraya təkrar müayinə olunmaq üçün getmişdim. Hələ də müalicə alıram. Ona görə də yığma komanda ilə səfərə gedə bilmədim. Amma belə çətin oyunlarda komandamıza kömək etmək istəyərdim. Azərbaycan yığmasında çıxış etməyimdən qürur duyuram. Heç vaxt millimizin şərəfini qorumaqdan imtina etmərəm. Amma zədə oynamağa imkan vermirsə, nə edə bilərəm".
