21 oktyabr 2015 11:30

İlqar Qurbanov: Monako ilə oyundan ya 1, ya da 3 xalla qayıtmağa çalışacağıq

"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Monako" ilə oyundan nə gözləyirsiniz?
- Bizi çətin səfər oyunu gözləyir. Gözəl futbol göstərməyə və Azərbaycanı layiqli şəkildə təmsil etməyə çalışacağıq.

- Rəqibiniz Fransa çempionatında elə də uğurlu çıxış etmir...
- Mən belə deməzdim. "Monako" Fransa çempionatında öz gücünü göstərir. Onlar bizimlə də oyuna qələbə üçün çıxacaqlar.

- "Qarabağ" səfərdən 3 xalla qayıda bilər?
- Bakıya ya 1, ya da 3 xalla qayıtmağa çalışacağıq.

- Siz çempionatın son turunda "Zirə"yə asanlıqla qalib gəldiniz...
- Bu oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, "Zirə" yaxşı komandadır. Erkən qol vurmağa nail olduq. Bu, qələbə qazanmağımızda böyük rol oynadı.

- İlk yarıda üç qol vurduğunuz halda, ikinci hissədə sanki oynamaq istəmirdiniz. Gücünüzə qənaət edirdiniz?
- İkinci hissədə də birinci yarıdakı kimi oynadıq. Qol da vurduq. Bizim üçün əsas nəticə idi. Özü də indiki qrafikdə. Ona da nail olduq.

- Komandanızı Dani Kintananın zədələnməsi üzdüsə, Çumbinyonun qayıdışı da sevindirməyə bilməz. O, "Zirə" ilə oyunda da iki qol ötürməsi verdi...
- Çumbinyonun sıraya dönməsinə şadam. Allah eləsin ki, Dani də tezliklə qayıtsın. Onların "Qarabağ"a kömək etməsi əla olardı.

- Çempionluq yolunda "Qarabağ"ın əsas rəqibi "Qəbələ"dir. Sizcə, bu, sonadək belə olacaq?
- Düşünmürəm ki, çempionluq uğrunda mübarizə iki klub arasında getsin. Bizi hələ çoxlu çətin oyun gözləyir. İndidən dəqiq nəsə demək çətindir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.