21 oktyabr 2015 11:15
İlkay Gündoğan: Qəbələ ilə oyunda 3 xal qazanmağa borcluyuq
Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi İlkay Gündoğan Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ" ilə oyunda üç xal qazanmağa və liderliyimizi qorumağa borcluyuq. Böyük potensialımız var. Bu üzdən Avropa Liqasının finalına çıxmağımız tam realdır. Heyətimiz isə Çempionlar Liqasına layiqdir".
