21 oktyabr 2015 00:30
Ürfan Abbasov: Borussiyadan qorxmuruq
"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Borussiya"nın necə güclü komanda olduğunu bilirik. Amma biz bu komandadan qorxmuruq. Meydana çıxıb, öz oyunumuzu göstərməyə çalışacağıq. Ən azından bir xal qazanmaq istəyirik. Bunun üçün isə maksimum diqqətli oynamağımız lazımdır. Meydanda sonadək mübarizə aprmalıyıq. Bunun bizdə nə dərəcədə yaxşı alındığını oyun özü göstərəcək".
