21 oktyabr 2015 00:15
Vaqif Sadıqov: İkinci addım daha sərt olacaq
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov ötən gün baş tutan növbəti iclasda müzakirə olunan məsələlər və çıxarılan qərarlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolçu məsuliyyət hiss etməlidir. Bu, ilk addım idi. İkinci addım daha sərt olacaq. İstənilən halda U-21 yığmamızın Avstriyaya məğlubiyyəti cavabsız qala bilməzdi. Məsələ burasındadır ki, uşaqlar oynaya bilərlər. İşə pis münasibət belə məğlubiyyətlərə gətirib çıxarır. Ümid edirik ki, belə cəzalar futbolçularımıza müsbət təsir göstərəcək. Qoy uşaqlar məsuliyyət hiss etsinlər. Bəzən elə olur ki, futbolçulardan başqa hamı günahkar olur. Nəticəyə görə hər kəs cavab verməlidir".
