20 oktyabr 2015 20:00

Cavid İmamverdiyev Neftçi azarkeşlərini dəstək göstərməyə çağırdı

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi FİFA-nın “Mübahisəli Məsələlərin Həlli Şurası”nın çıxardığı qərara münasibət bildirib:

“Əvvəla “Neftçi” rəhbərliyinə, mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma dərin təşəkkürümü bildirirəm ki, mənə sahib çıxdılar. Bu işdə kimin əziyyəti varsa, hamısına minnətdaram. Hazırda zədəlilərimiz də çoxdur, inşallah, mən də 2-3 oyuna əvvəlki formamı bərpa edərəm”.

Cavid İmamverdiyev həmçinin azarkeşləri komandaya dəstək olmağa çağırıb: “Azarkeşlər mənim ürəyimdir. “Neftçi” azarkeşləri həmişə mənim ürəyimdə yaxşı kimi qalıb və qalacaqlar. Onlardan xahişim budur ki, komandanı çətin vəziyyətdə tək qoymasınlar. Biz onları sevirik, həmişə onları dəstəkləyirik. Onlarsız “Neftçi” heç nədir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.