20 oktyabr 2015 19:40
Saşa Yunisoğlu: Şadam ki, yenidən böyük futbola qayıtdım
Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu "Rəvan"a keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, yenidən böyük futbola qayıtdım. Yeni bir şans qazanmışam. Çalışacağam ki, klub rəhbərliyinin və məşqçilər korpusunun bu etimadını doğruldum. "Rəvan" indi yaxşı günlərini yaşamır, turnir cədvəlindəki mövqeyi də ideal deyil. Komandama bu mövsümkü göstəricilərini yaxşılaşdırmağa kömək etmək istəyirəm".
