20 oktyabr 2015 19:20

Neftçi qalmaqallı məsələ ilə bağlı bəyanat yaydı

“Rusiya Futbol İttifaqı" tərəfindən AFFA-ya hər il olduğu kimi, bu il də ənənəvi dəvət göndərilib və Krasnodar şəhərində keçirilən turnirə Azərbaycanı təmsil edən 14 yaşadək futbolçulardan təşkil olunmuş bir komanda dəvət olunub. Azerisport.az xəbər verir ki, “Neftçi” PFK-nın U-14 komandasının ötən mövsüm ölkə çempionatının qalibi olmasını nəzərə alan AFFA bu dəvəti “Neftçi” PFK-ya yönəldib və klub bu yaş qrupuna aid olan komandanı beynəlxalq təcrübəyə yiyələnməsi üçün Rusiyaya ezam edib.

Təəssüf ki, "Rusiya Futbol İttifaqı" turnirin təqvimini və iştirakçı komandaların adlarını yalnız ilk oyun günü açıqlayıb. Turnirdə hər hansı ölkəni təmsil edən yığmanın olmadığını, yalnız klubların iştirakını və 13-14 yaşlı uşaqların çıxış etməsini, bu yaşda futbolçular üçün siyasi proseslərin idman prinsiplərinə mane olmamasının vacibliyini nəzərə alan “Neftçi” PFK komandanın Krasnodar şəhərindəki turnirdə çıxışını davam etdirməsinə etiraz etməyib”.

Təbii ki, medianın bu məsələyə münasibətdə həssaslığı anlaşılandır. Bildiririk ki, gələcəkdə bu kimi məsələlərə daha diqqətlə yanaşılacaq".

Xatırladaq ki, “Neftçi”nin U-14 komandası sözügedən turnirin final matçında Cənubi Osetiyanın “Barsalan” klubunu məğlub edərək çempion adını qazanıb. Amma bu, 20 faizi işğal altında olan ölkəmizin siyasi maraqlarına uyğun olmadığından, ciddi etiraza səbəb olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.