20 oktyabr 2015 18:40
Qəbələ Qarabağın yeni stadionunda
"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində qarşılaşacağı Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Roman Qriqorçuk bu gün komandasını "Qarabağ"ın yeni stadionunda məşqə çıxarıb. Məşqdə bütün futbolçular iştirak ediblər.
