20 oktyabr 2015 18:20

Ağasəlim Mircavadov: Baş məşqçiyə yekdilliklə inandığımızı göstərdik

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aparılmış müzakirələrdən sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsindəki çıxışı ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Komitə üzvü Ağasəlim Mircavadov saytımıza açıqlamasında müzakirə olunan məsələlər və çıxarılan qərarlarla bağlı fikirlərini bölüşüb: "Biz yekdilliklə baş məşqçiyə inandığımızı nümayiş etdirdik. Yaşar Vahabzadə artıq 10 ildən çoxdur ki, məşqçi kimi çalışır. Gənclərdən ibarət yığmalarımızda çox çalışıb. O, bu uşaqları da çox yaxşı tanıyır. Əlbəttə, son oyunların nəticəsi sevindirmir. Amma qarşıda hələ seçmə mərhələnin növbəti oyunları var. Komandanı həmin oyunlara da Vahabzadə çıxaracaq.

Zədəli futbolçuların yoxlanılmasına gəlincə, bununla həkimlər məşğul olacaqlar. Burada söhbət heç də inamsızlıqdan getmir. Sadəcə, həkimlərin onları yoxlaması, nəzarətdə saxlaması lazımdır. Biz iclasda digər yığma komandalarımızla da bağlı müzakirələr apardıq. Sabah U-19-un baş məşqçisi Nazim Süleymanovla görüşəcəyik. Bu komandanın qarşıdakı AÇ-2016-nın seçmə mərhələ oyunlarına hazırlığının nə yerdə olduğunu görəcəyik. Hansı ki, millimizin yer aldığı qrupun oyunları Bakıda keçiriləcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.