Sergey Zenyov: Borussiya ilə oyunda müsbət nəticəyə ümid edirik
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Allmaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Borussiya" ilə oyun öncəsi biz qələbə qazandıq. Çempionatda "Neftçi"ni məğlub etdik. Qələbə həmişə əlavə motivasiya edir. "Borussiya" yüksək səviyyəli komandadır. Bundesliqada yaxşı çıxış edirlər. Amma bu komanda barədə çox danışmağa ehtiyac yoxdur. Onların sərgilədiyi oyun da hər kəsə bəllidir. Oyundan öncə şanslar həmişə bərabər olur. Hətta rəqib "Borussiya" olsa da. Sonadək mübarizə aparacağıq. Komandamızda özünəinam olmasaydı, meydana çıxmağa da ehtiyac qalmazdı. Özümüzə inansaq, qələbə də gələcək. Öz oyunumuzu sərgiləməyə çalışacağıq. Müsbət nəticəyə ümid edirik".
