20 oktyabr 2015 17:20

Qurban Qurbanovun jesti UEFA-nın feyr-pley komissiyasında müzakirə olunacaq

Oktyabrın əvvəlində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun  “İnter”lə çempionat qarşılaşmasında atdığı addım futbol içtimaiyyətində böyük əks-səda yaratmışdı. Azerisport.az xəbər verir ki, oyunun son dəqiqələrində "İnter"in qapıçısı Georgi Lomaya Reynaldoya qarşı kobud oynayıb.

Bu zaman hakim Elvin Əsgərov meydan sahiblərinin qapısına penalti təyin edib. Hesab 1:0 ağdamlıların xeyrinə olduğu vaxtda, zərbəni vurmağa hazırlaşan Elvin Məmmədovu yanına çağıran Qurban Qurbanov ondan topu kənara vurmağı tələb edib, Elvin də baş məşqçinin tələbini yerinə yetirib.

Qurban Qurbanovun bu jesti sözsüz ki, feyr-pley qaydalarına tam uyğun olan, lakin dünya futbolunda da nadir rast gəlinən jestlərdəndir. Bəs görəsən “Qarabağ”ın baş məşqçisinin bu addımı UEFA tərəfindən qiymətləndiriləcəkmi? Bu sualı AFFA-nın baş katibi Elxan Məmmədov cavablandırıb:

“Əlbəttə ki, Qurban Qurbanovun bu addımı yalnız alqışa layiq idi. Və mən həm AFFA-nın baş Kartibi, həm də UEFA-nın feyr-pley komissiyasının ikinci vitse-prezidenti olduğumdan, komissiyanın İsveçrənin Nyon şəhərində keçirilən noyabr ayındakı iclasında bu məsələnı mütləq müzakirəyə qoyacağam. Hətta bütün gücümdən istifadə edib onu komissiyanın işinin gündəminə də saldıracağam. Bu mənim AFFA-nın baş katibi və komissiyanın məsul şəxsi kimi borcumdur. Əminəm ki, məşqçimizim nümunəvi hərəkəti UEFA tərəfindən layiqincə qiymətləndiriləcək”. (ATV)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.