Aleksey Qay: Borussiyaya qalib gələ bilərik
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Topaz Premyer Liqasının 8-ci turunda "Neftçi" üzərində qazandıqları qələbədən danışıb, eləcə də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə oyun asan olmadı. Amma son dəqiqələrdə qol vuraraq qələbə qazanmağımız sevindirici oldu. Bu qələbəni "Borussiya" ilə oyun öncəsi vacib motivasiya saymaq olar. Dortmund klubu ilə oyuna ciddi hazırlaşırıq və ən yaxşı oyunlarımızdan birini sərgiləmək istəyirik. Çox diqqətli oynamalıyıq. Həm fiziki, həm texniki cəhətdən yaxşı hazırlaşa bilsək, bu komandaya qalib gələ bilərik. İstənilən halda, "Borussiya"ya həm qalib gəlməyimiz, həm də onlardan 1 xal almağımız bizim üçün uğur sayılacaq".
