20 oktyabr 2015 14:00
Öncə Qriqorçuk, sonra Tuxel
Oktyabrın 22-də UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda “Qəbələ” Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək. Azerisport.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” - "Borussiya" matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah - oktyabrın 21-də, 18:45-də arenanın Media zalında start götürəcək.
İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 21:00-da isə "Borussiya"nın çalışdırıcısı Tomas Tuxel media nümayəndələrinin suallarını cavablandıracaq.
Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək. “Qəbələ” saat 19:30-da, Almaniya təmsilçisi isə 21:30-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.
