20 oktyabr 2015 13:50

Qəbələ Borussiya ilə matça Bakıda hazırlaşır

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” 3-cü tur çərçivəsində keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır.

Topaz Premyer Liqasının 8-ci turunun oktyabrın 17-də “Neftçi”yə qarşı paytaxtda keçirilən oyunundan sonra istirahətə buraxılmayan komanda iki gün ADBTİA stadionunda məşq edib. Paytaxtdakı oyunun ertəsi fiziki hazırlıqla kifayətlənən futbolçuların dünənki məşqi iki qrupda gerçəkləşib. “Neftçi” ilə qarşılaşmanın iştirakçıları hazırlığı fiziki çalışmalarla yekunlaşdırıbsa, həmin oyunda meydana çıxmayanlar ardınca topla da məşq edib. Komandanın bu günə planlaşdırılan hazırlığı da paytaxtda baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də keçiriləcək. Matç Bakıdakı “Bakcell Arena”da baş tutacaq. Qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını 38 yaşlı İvan Bebek yerinə yetirəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
3-cü tur, 22 oktyabr
C qrupu

20:00. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç (hər ikisi Xorvatiya)
Əlavə köməkçi hakimlər: Mariyo Strahonya, Qoran Qabrilo (hər ikisi Xorvatiya)
Dördüncü hakim: Qoran Pataki (Xorvatiya)
UEFA nümayəndəsi: Filipp Prudon (Fransa)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
Bakı. “Bakcell Arena” stadionu

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.