20 oktyabr 2015 13:20

Aslan Kərimov: Qarabağ Monakoya səfərdə də qalib gələ bilər

Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov azerisport.az saytına müsahibəsində "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin üçüncü turundakı şanslarını dəyərləndirib.

- "Qarabağ"ın Fransa "Monako"su, "Qəbələ"nin Almaniya "Borussiya"sı (Dortmund) ilə oyunlarından nə gözləyirsiniz?
- Həm "Qarabağ"a, həm də "Qəbələ"yə çətin olacaq. Ağdamlılar Monakoya ciddi itkilərlə yollanır. Baxmayaraq ki, Qurban Qurbanov zədəlilərin yerinin görünməməsi üçün əllərindən gələni edəcəklərini deyib. Amma istənilən halda həmin zədəli futbolçular komanda üçün vacib fiqurlardandır. Ağdamlılar üçün Fransada heç-heçə də yaxşı nəticə sayıla bilər.

- Reynaldosuz hətta heç-heçəyə nail olmaq da çətin görünür?
- Reynaldo məhz belə çətin oyunlarda komandaya çox lazımdır. Çünki bu futbolçunun yaxşı sürəti var. O, təkbaşına rəqib müdafiəsini gərginlikdə saxlamağı bacarır.

- Elə isə Ağdam klubunun çalışdırıcısı bu görüşdə nə etməlidir?
- Fikrimcə, Qurbanov öz oyun planlarından imtina etməyəcək. Komandamız yenə müdafiə xəttində diqqətli oynamağa və imkan düşdükcə rəqib müdafiəsini yarmağa çalışacaq. Böyük ehtimalla, Reynaldonu Samuel Armenteros əvəzləyəcək. Onun da sürəti pis deyil. Həm də Armenterosun da öz üstünlükləri var.

- Bəs "Qəbələ"nin şansları barədə nə düşünürsünüz?
- Çox çətin olacaq. Almaniya klubu həm oyun, həm də heyət baxımından çox üstündür. Qonaqlar səfərdə oynamasına baxmayaraq, ancaq qələbə üçün mübarizə aparacaqlar.

- Henrix Mxitaryanın yoxluğu dortmundluların oyununa təsir edə bilər?
- Şübhəsiz ki, onların bu futbolçu ilə bağlı alışdıqları oyun kombinasiyaları var. Amma "Borussiya"da onu əvəzləyə biləcək yetərincə futbolçu var. Müəyyən mənada əsas heyət üzvünün yoxluğu komandaya təsir göstərə bilər. Amma Reynaldonun yoxluğu "Qarabağ"ın oyununa daha çox təsir göstərə bilər, nəinki Mxitaryanın yoxluğu "Borussiya"ya.

- Üçüncü turu klublarımız üçün qrupdan çıxmaq yolunda həlledici saymaq olar?
- "Qarabağ" üçün həlledici olmayacaq. Komandamız bu görüşdə uduzsa da, yenə şansını saxlayacaq. Çünki "Monako" ilə ev oyunu da var. Amma "Qəbələ" üçün bu tur çox vacibdir. Ümumiyyətlə, ağdamlıların şanslarını "Qəbələ" ilə müqayisədə daha yüksək qiymətləndirirəm. Bu komanda bir addım öndədir. Üstəlik, "Qarabağ"ın daha böyük şansı var, heyəti daha yaxşı komplektləşib.

- Sizə elə gəlmir ki, biz klublarımızın gücünü şişirdirik. Çünki belə rəqiblərin yer aldığı qrupdan çıxmaq çox çətin görünür...
- (gülür) Mənə elə gəlmir. Çox şey gözləmirəm. Onsuz da klublarımızın etdikləri də böyük uğurdur. İki klubumuzun eyni vaxtda qrup mərhələsində oynaması artıq irəliyə doğru böyük bir addımdır. Amma bununla kifayətlənib, əlimizi yanımıza salmaq da olmaz. Klublarımız qrupdan çıxa bilməsə də belə, mənim üçün onların etdikləri böyük bir uğur sayılacaq. Məsələn, "Qarabağ"ın "Monako"ya mümkün məğlubiyyəti məni təəccübləndirməyəcək. Bu komandanın elə yaxın dövrlərdə Çempionlar Liqasındakı uğurlu çıxışını yada salmaq kifayətdir. Elə "Borussiya" barədə də eyni sözləri demək olar. "Qəbələ"nin belə bir rəqibə məğlubiyyətini ancaq futboldan başı çıxmayanlar qınaya bilərlər. Amma mən "Qəbələ"nin "Borussiya" ilə heç-heçə edəcəyini düşünürəm. "Qarabağ" isə "Monako"ya səfərdə də qalib gələcək gücdədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.