20 oktyabr 2015 13:00
Kubok oyunlarına görə 2 klub ziyana düşdü
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/16 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Azərbaycan Kubokunun MOİK – “Turan Tovuz” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 50-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
