19 oktyabr 2015 20:00
Samir Abasov: Həm oyunu, həm də nəticəmizi yaxşılaşdırmalıyıq
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan, eləcə də elitada çalışmağından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heç-heçə yaxşı başlanğıcdır. Amma qələbə daha yaxşı olardı. Çalışacağıq ki, həm oyunumuzu, həm də nəticələrimizi yaxşılaşdıraq. Hazırda A kateqoriyalı məşqçi kursuna gedirəm. UEFA B kateqoriyalı lisenziya ilə 60 gündən çox olmamaq şərtilə işləməyə razılıq verir. Ona görə də A kateqoriyalı lisenziya almağım lazımdır. Çətin olacaq. Çünki başım komandadakı işlərimizə qarışıb. Amma bir halda ki, buna ehtiyac var, almalıyam".
