19 oktyabr 2015 19:20

Samuel Armenteros: Rəqib çox güclü olsa da, Monakoya qələbə üçün gedirik

"Qarabağ"ın hücumçusu Samuel Armenteros Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Monako" klubuna qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Monako" ilə oyundan nə gözləyirsiniz?
- Çətin oyun olacaq. Çünki rəqibimiz güclü komandadır. Amma bizim də öz hədəflərimiz var. Yaxşı nəticə ilə qayıdacağımıza inanıram. Bunun üçün gücümüz daxilində əlimizdən gələni edəcəyik.

- Yaxşı nəticə heç-heçədir, ya qələbə?
- Rəqibin kimliyindən asılı olmayaraq, biz hər oyunda qələbə üçün mübarizə aparırıq. Qarşıdakı oyunda da hədəfimiz üç xal qazanmaqdır. Monakoya qələbə üçün gedirik.

- Reynaldo zədəlidir, böyük ehtimalla onu siz əvəz edəcəksiniz...
- Meydana kimin çıxmasından asılı olmayaraq, biz hər oyunda sonadək mübarizə aparırıq. O cümlədən də mən. "Qarabağ"a faydalı olmaq üçün əlimdən gələni edəcəyəm.

- Premyer Liqanın 8-ci turunda "Zirə" üzərində asan qələbəyə sevindiniz...
- Bu, bizim üçün çox vacib qələbə idi. "Qarabağ" üçün hər oyun, hər xal vacibdir. Meydana qələbə üçün çıxmışdıq. Matça yaxşı başladıq və uğur qazandıq. Komandamız baxımlı futbol sərgilədi.

- "Zirə" bu oyunadək çempionluq yolunda sizin əsas rəqiblərinizdən biri kimi qiymətləndirildiyi halda, siz onları asanlıqla məğlub etdiniz...
- Biz bütün rəqiblərimizə ciddi yanaşırıq. Hər matçda 100 faiz gücümüzü sərf edirik.

- Premyer Liqaya pis başlamamısınız. Hazırda vurduğunuz 4 qoldan ikisini də məhz "Zirə"nin qapısından keçirmisiniz...
- Mən hücumçuyam və hər oyunda qol vurmaq istəyirəm. Şadam ki, "Qarabağ"ın "Zirə" üzərində qələbə qazanmasında da pay sahibi oldum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.