19 oktyabr 2015 18:40
Saşa Yunisoğlu özünə yeni klub tapdı
Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu yenidən böyük futbola qayıdıb. Azerisport.az xəbər verir ki, o bundan sonra Premyer Liqada mübarizə aparan "Rəvan"da çıxış edəcək.
Artıq tərəflər arasında buna dair müqavilə də imzalanıb. Saşa mövsümün sonunadək paytaxt klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Yunisoğlu ötən mövsümün əvvəlində elitada çıxış edən "Araz Naxçıvan"ın şərəfini qoruyurdu. Amma o vaxt klub birdən-birə mübarizəni dayandırmağa qərar verdiyindən, Saşa da klubsuz qalmışdı.
