19 oktyabr 2015 17:40
Qarabağ sabah yola düşür
"Qarabağ" Monakoya yola düşür. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Monako”nun qonağı olacaq Ağdam klubu sabah səhər məşq edib ölkəni tərk edəcək.
Ağdamlılar Bakı-Nitsa reysi ilə hərəkət edəcək, Nitsa şəhərindən isə Monakoya yollanacaq. “Qarabağ”ın uçuşunun sabah 18:00-da reallaşacağı ehtimal olunur.
Qeyd edək ki , “Monako"- "Qarabağ” oyunu oktyabrın 22-də "Stade Louis II" stadionunda baş tutacaq və saat 22:00-da start götürəcək.
